RU

Tanzaniya parlamentinin sədri Azərbaycana gəldi - FOTO

Tanzaniya Respublikasının Milli Assambleyasının sədri Tulia Ekson BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib.

"Cebheinfo.az" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı Əminə Ağazadə və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaqın və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçiriləcək. Altmış altı ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 167 parlament üzvünün iştirakı gözlənilir.

"Cebheinfo.az"

Избранный
14
36
cebheinfo.az

10Источники