RU

Renson Mulele İnqonqan: "Azərbaycanda keçiriləcək COP29-dan yüksəksəviyyəli müzakirələr gözləyirəm"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Düşünürəm ki, COP29 qlobal mühiti yaxşılaşdırmaq üçün istifadə edilə bilən bütün amillərin azaldılması istiqamətində işləyəcək".
Oxu.Az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Keniya baş prokuroru Renson Mulele İnqonqan jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycanda keçiriləcək COP29-dan yüksəksəviyyəli müzakirələr gözləyir:
"İqlim dəyişikliyinə gəldikdə, ətraf mühitimizin çirkləndirilməsi və deqradasiyası var. Düşünürəm ki, bu konfrans qlobal mühiti yaxşılaşdırmaq üçün istifadə edilə bilən bütün amillərin azaldılması istiqamətində işləyəcək".
O vurğulayıb ki, bu vəzifədə Azərbaycana gəlişi ilk dəfə idi:
"Həm COP29 tədbiri, həm də bu çərçivədə hüquq-mühafizə orqanlarının keçirdiyi tədbir çox yaxşı təşkil edilib. Çıxışçılar Azərbaycanı yüksək səviyyədə təşkil olunmuş BMT konfransına ev sahibliyi etdiyinə görə alqışladıqları fikirlər səsləndirdilər".
Məhərrəm Əliyev
Избранный
15
50
oxu.az

10Источники