Argentina yığmasının baş məşqçisi Lionel Skaloni Paraqvay millisinə səfər məğlubiyyəti haqda fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, bu barədə "SuperSport" məlumat yayıb.Təcrübəli mütəxəssis bunları söyləyib:
"Mən bura futbolçularımı tənqid etmək üçün gəlməmişəm. Mən onlara dəstək olmaq üçün çalışıram. Biz çətin bir oyun olacağını təxmin edirdik. İndi yığmaya yeni gəlmiş bir sıra oyunçular var".
Qeyd edək ki, Argentina yığması 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi seçmə mərhələsinin 11-ci turunda Paraqvay yığmasına səfərdə 1:2 hesabı ilə məğlub olub.