"Unimetal" MMC, vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydalarına əməl etməmək və məcburi auditdən yayınma səbəbilə inzibati cərimə ilə üzləşə bilər.
Fins.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol təqdim edilib. Bu maddəyə əsasən, "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsi tələb olunan məcburi auditdən yayınmaya görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2500 manatadək cərimələnə bilər.
İş hazırda Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun icraatındadır. Məhkəmə baxış iclası 20 noyabr 2024-cü il tarixində, saat 10:05-6-ya təyin edilib.
Fuad Mədətov
Fins.az