RU

Fatih Terim COP29-da çıxış edəcək

“Qarabağ” klubunun dəvəti ilə Azərbaycana gələcək Fatih Terim KİV nümayəndələri ilə görüşəcək.

Apasport.az xəbər verir ki, “atlılar”ın təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının dəstəkləmək üçün ölkəmizə təşrif buyuran mütəxəssisin jurnalistlər üçün brifinqi sabah təşkil olunacaq.

Alyansın yaradılması ilə bağlı tədbirdən sonra keçiriləcək görüş Yaşıl zonada baş tutacaq. Terimin jurnalistlərlə görüşü saat 17:00-da başlayacaq. Brifinq bütün mətbuat nümayəndələri üçün açıq olacaq.

Qeyd edək ki, “Qarabağ”, həmçinin “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö”nün (İsveç) yer alacağı alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın “Nəsimi” zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.

Fernandu Santuş: "Heyətlə bağlı verilən bütün qərarlar mənə aiddir"

Musa Qurbanlı: "Estoniya ilə matçın nə qədər vacib olduğunu dərk edirik"

Millimizin Avropa çempionatındakı oyunlarının təqvimi açıqlanıb

Benzia oynadı, komandası bir xalla kifayətləndi

“Qarabağ” Fatih Terimin gəlişini açıqladı

Избранный
10
23
apasport.az

10Источники