RU

Tramp öz vəkilini ABŞ baş prokurorunun müavini təyin etdi

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp cinayət işləri üzrə şəxsi vəkili Todd Blanşı baş prokurorun müavini təyin edib...

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Fox News" məlumat verib.

"Mən Todd Blanşın öz administrasiyamda baş prokurorun müavini vəzifəsində çalışacağını elan etməkdən məmnunluq duyuram", - deyə Tramp bildirib.

O, Blanşın peşəkarlığını vurğulayıb və onun vəzifəsində əla iş görəcəyinə əminliyini ifadə edib. Trampın sözlərinə görə, baş prokurorun yeni müavininin qarşısında çox uzun müddətdir pozulmuş ədalət sistemini bərpa etmək dayanır.

Qeyd edək ki, Todd Blanş Trampa qarşı məhkəmə prosesləri zamanı onun vəkili olub. 2023-cü ilin aprelində o, Trampa qarşı cinayət ittihamlarının siyasi motivli təqib olduğunu iddia edib.

Poliqon.info

Избранный
11
2
poliqon.info

3Источники