RU

COP29 çərçivəsində “AzərEnerji” ilə İtaliya şirkəti arasında memorandum imzalanıb

Bakı, TurkicWorld

COP29 çərçivəsində İtaliyanın "Ansaldo Energia" şirkətinin baş icraçı direktoru Fabrizio Fabbrinin başçılıq etdiyi nümayəndə heyəti "AzərEnerji" ASC-nin "yaşıl zona"da yerləşən pavilyonunda olublar.

TurkicWorld xəbər verir ki, bu barədə "AzərEnerji" ASC məlumat yayıb.

Bildirilib ki, italiyalı qonaqlarla "AzərEnerji" ASC-nin rəhbəri Baba Rzayev arasında görüş olub.

Daha sonra "AzərEnerji" ilə "Ansaldo Energia" arasında dekarbonizasiya, kadr hazırlığı, karbon tutma, yaşıl hidrogen, kiçik modul reaktorları və başqa istiqamətləri əhatə edən anlaşma memorandumu imzalanıb.

"AzərEnerji" ilə "Ansaldo Energia" şirkəti arasında elektrik enerjisinin istehsal sistemləri, yaşıl hidrogen istehsalına dair təcrübə mübadiləsi ilə bağlı anlaşma memorandumu "yaşıl enerji" keçidinə mühüm töhfə verəcək.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
2
11
turkic.world

10Источники