COP29 konfransı çərçivəsində “Cığırın Təmizlənməsi: İqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün mina təhlükəsi ilə mübarizə” adlı tədbir keçirilib.
APA-nın xəbərinə görə, tədbir BMT-nin İnkişaf Proqramı (UNDP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə təşkil olunub.
Tədbirdə Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, BMT-nin Baş Katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının Administratorunun müavini, Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işğal zamanı basdırılmış minaların və partlamamış hərbi sursatların dayanıqlı iqlim və dayanıqlı inkişafa göstərdiyi mənfi təsirlər barədə fikir bildiriblər.