RU

Gürcüstanın “artsax”ında nə baş verir?

Belə görünür ki, Rusiya separatçı bölgədəki vəziyyətə müdaxilə etməli olacaq

Noyabrın 11-də Gürcüstanın separatçıların nəzarəti altında olan Abxaziya bölgəsində başlayan etiraz aksiyaları bu gün kütləvi iğtişaşlara çevrilib. Musavat.com xəbər verir ki, separatçı bölgənin “paytaxtı” olan Suxumidə müxalifət tərəfdarları “parlament və prezident administrasiyası”nın binalarına hücum ediblər. Təhlükəsizlik qüvvələri etirazçılara tüstü və səs qumbaraları, etirazçılar isə təhlükəsizlik qüvvələrinə yandırıcı maddələr atmağa başlayıblar. Müxalifət qondarma “respublika”nın rəhbəri Aslan Bjaniyanın istefasını tələb edirlər. “Prezident”in mühafizəçiləri ilə birlikdə administrasiya binasını tərk etdiyi deyilir.

Separatçı Abxaziyada siyasi vəziyyət noyabrın 11-də kəskin gərginləşib, müxalifət paytaxt Suximidə kütləvi etiraz aksiyalarına başlayıb.

Gərginliyə Rusiya şirkətlərinin Abxaziyada investisiya layihələrinin həyata keçirilməsi üçün imkanlar açan saziş səbəb olub. Müqavilə oktyabrın 30-da imzalanıb və hazırda Abxaziya parlamentinin ratifikasiyasını gözləyir. Bu məsələnin müzakirəsi noyabrın 15-nə təyin edilmişdi. Məhz bu gün müxalifət fəalları respublikada müqavilənin ləğvi tələbi ilə etiraz aksiyaları təşkil etməyi planlaşdırırdılar.

Noyabrın 11-də Abxaziya parlamentinin plandankənar iclası zamanı bu sazişin elementi olan çoxfunksiyalı komplekslərin yaradılması haqqında qanun layihəsi müzakirə edilib. Parlament qarşısına toplaşan müxalifətçilərin həbsi gərginliyi artırıb.

1731670361_upload-2024-11-15-14.41-pic_32ratio_1200x800-1200x800-2219.jpg

Suxumidəki həbsdən sonra müxalifət tərəfdarları Dövlət Təhlükəsizlik Xidmətinin binası yaxınlığında toplaşıblar. Müxalifətçilər respublikanın əsas magistral rolunu, körpüləri bağlayaraq həbs edilənlərin azadlığa buraxılmasını tələb ediblər.

Abxaziya Milli Birlik Forumu Partiyasının sədri Aslan Bartsitsin deyib ki, saxlanılanlar arasında Ömər Smir, keçmiş deputatlar Qarri Kokaya və Almasxan Ardzinba, həmçinin Ramaz Dzhopua və Aslan Qvaramiya da var. Bartsits həbsin siyasi motivli olduğu qənaətindədir. Lakin rəsmilər həbslərin deputatlardan birinə qarşı zor tətbiqi ilə izah edirlər.

“Saxlanma tərzi elə idi ki, sanki xüsusilə təhlükəli cinayətkarlar saxlanılırdı. Əgər kimsə onları Dövlət Təhlükəsizliyi Xidmətində söhbətə dəvət etsəydi, özləri ora gələrdilər”, – müxalifət liderlərindən biri Adqur Ardzinba vurğulayıb.

Separatçı qurumun “prezidenti” Aslan Bjaniya hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə fövqəladə iclas keçirərək ölkədəki mövcud vəziyyətlə bağlı məlumat verib. Baş prokuror Adqur Aqrba qeyd edib ki, aksiyalar zamanı saxlanılanların yaxınları və müxalifət nümayəndələri Dövlət Təhlükəsizliyi Xidmətinin binasına qanunsuz daxil olmağa cəhd ediblər, lakin onların cəhdinin qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınıb.

Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Dmitri Kuçuberiya baş verənləri “kütləvi iğtişaşlar” kimi qiymətləndirib. Daxili işlər naziri Robert Kiut deputatla bağlı insidenti hücum kimi qiymətləndirib.

6fea1b6310739d77b7d3705a73fa2241.jpg

Müxalifət lideri Adqur Ardzinba tərəfdarlarının saxlanmasını həmin şəxslərin milli maraqlarını müdafiə etməsi ilə izah edib. “Biz nəinki onların azadlığa buraxılmasına çalışacağıq, deputatların oliqarxlara böyük fayda vermək və Abxaziyanı satmaq üçün yaşıl işıq yandırmaq istədikləri sazişin ratifakasiyasına imkan verməyəcəyik ”.

Rusiya tərəfi isə bildirir ki, saziş Abxaziya iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının, istehsal sektorunun, turizmin və kurort sənayesinin inkişafına töhfə verəcək.“Abxaziya Rusiyanın köməyi olmadan müxalifətlə razılığa gəlməlidi”. Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Svetlana Jurova belə deyib. Jurovanın fikrincə, indi sadəcə olaraq, baş verənləri müşahidə etmək lazımdır. Amma belə görünür ki, Rusiya separatçı bölgədəki vəziyyətə müdaxilə etməli olacaq...

Musavat.com

Избранный
10
1
musavat.com

5Источники