RU

Həyatın hər anında sənin yanında... - Pozitiv Psixologiya Mərkəzi

Stress, gərginlik, depressiya... Tez-tez  şahidi olduğumuz problemlərin, konfliktlərin kökündə məhz bu faktorların dayandığı heç kimə sirr deyil.

Xilas yolunu uzaqda axtarmaq lazım deyil. Pozitiv Psixologiya Mərkəzi hər kəsin yanındadır. Çünki burada ancaq peşəkarlar çalışır.

Mərkəzdə heç bir qeyri-ixtisas sahibi fəaliyyət göstərə bilməz. Mərkəzə ixtisas kursu bitirərək, haradasa fəaliyyət göstərən bir çox insan işləmək üçün müraciət edir. Həmin şəxslərdən ilkin olaraq, ali məktəb diplomu tələb olunur. Yalnız bu halda mütəxəssislər işlə təmin olunurlar.

Pozitiv Psixologiya Mərkəzində çalışan hər bir mütəxəssis  altıaylıq təlimlərə göndərilir. Mərkəzin daha bir üstünlüyü də odur ki, burada bir terapiya üsulu tətbiq olunmur. İstər uşaqlar, istərsə də böyüklər üçün bir neçə terapiya üsulu mövcuddur. Çünki insanlar fərqli olduğu üçün bir terapiya üsulu hər kəsdə işə yarıyacaq deyə bir qayda yoxdur. Ola bilər ki, bir nəfərdə işə yarıyan terapiya digər şəxsdə effekt verməsin. Buna görə də Pozitiv Psixologiya Mərkəzi müxtəlif terapiya üsullarından istifadə edir.

Mərkəz daxilində öncə diaqnostika keçirilir, uşaqda və ya böyükdə hansı terapiya üsulu daha effektiv olacaqsa o da həmin müalicə üsuluna yönləndirilir. Mərkəzin daxilində həm uşaqlarda, həm də böyüklərdə rahatlıq yaradacaq, komfort bəxş edəcək ən son texniki avadanlıqlar təchiz olunmuş müxtəlif otaqlar var. Buranın ən maraqlı və özəl hissəsi özbaxım otağıdır. Mərkəzdə uşağa ən kiçik yaşlardan başlayaraq, özünəxidmət bacarığı öyrədilir. Bu, əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün daha vacibdir.

Pozitiv Psixologiya Mərkəzi həyatın hər anında sənin yanında ola biləcək bir məkandır.

Ünvan: Bakı şəhəri, Azadlıq pros. 195 B ( Azadlıq metrosunun yaxınlığı)

Sumqayıt şəhəri, 5-ci mkr. Cəfər Cabbarlı küçəsi 89

Əlaqə nömrəsi: (070) 725 00 00

Избранный
21
qafqazinfo.az

1Источники