RU

İlham Əliyevlə Meloni arasında görüş niyə keçirilməyib?

Xəbər verdiyimiz kimi, noyabrın 13-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitində iştirak etmək üçün Azərbaycana səfər etmişdi.

KONKRET.az xəbər verir ki, xanım nazirlə Azərbaycan lideri İlham Əliyev arasında görüş keçirilməyib.

Bunun səbəbini öyrənmək üçün İtaliyanın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.

Həmçinin hakim Yeni Azərbaycan Partiyasının da məsələ ilə bağlı mövqeyini öyrənə bilmədik.

Son illər Azərbaycan – İtaliya əlaqələrinin artan xətt üzrə inkişaf edir. Bunun fonunda ikitərəfli görüşün baş tutmaması təəccüblə qarşılanıb.

Onu da xatırladaq ki, Azərbaycan lideri İlham Əliyev bu ilin sentyabrında İtaliyaya səfəri zamanı xanım Meloni ilə görüşmüşdü.

Məsələni diqqətdə saxlayacağıq.

Məlik Məlikov,
KONKRET.az

Избранный
18
1
konkret.az

2Источники