RU

Ohanyan və Köçəryanın həbsi barədə qərar verildi

Ermənistan Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi 1 Mart işi üzə Seyran Ohanyan, Yuri Xaçaturov və Robert Köçəryanın həbsi barədə qərar çıxarıb.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Komitəsindən məlumat verilib.

Təqsirləndirilən şəxslər Ohanyan və Xaçaturova lazımi qaydada məlumat verilib, Köçəryana göndərilən bildiriş isə geri qaytarılıb.

Köçəryan, Ohanyan və Xaçaturovun vəkilləri bildiriblər ki, onlar təqsirləndirilən şəxs statusuna malik deyillər, bu səbəbdən də məhkəməyə gəlmək məcburiyyətində deyil və məcburi gəlmə qanuni deyil.

Məhkəmə Seyran Ohanyan, Yuri Xaçaturov və Robert Köçəryanın növbəti iclasda iştirakını təmin etmək məqsədilə onların həbsinə qərar verib.

“Hakim Sərkis Petrosyan növbəti iclasda iştiraklarını təmin etmək üçün Seyran Ohanyan, Yuri Xaçaturov və Robert Köçəryanın polis vasitəsilə məhkəməyə gətirilməsi barədə qərar qəbul edib”, - məlumatda deyilir.

Bu gün yenidən baxılan iş üzrə məhkəmə iclası keçirilib. Köçəryan və Ohanyan məhkəmədə iştirak etməyib.

Növbəti məhkəmə iclası noyabrın 28-də olacaq./teleqraf.com

Избранный
15
1
turkustan.az

2Источники