RU

COP29: İlk günəş enerjisi ilə işləyən BESS layihəsinə start verilib

Bakı Limanı və Malaziyanın “Tiza Green Energy” şirkəti COP29 çərçivəsində Azərbaycanın günəş enerjisi ilə Batareya Enerji Saxlama Sistemi (BESS) inteqrasiya olunmuş ilk layihəsinə start verib.

Fins.az xəbər verir ki, 5,4 MVt gücündə günəş fotovoltaik qurğusunun inşasına dair çərçivə müqaviləsi Bakı Limanının Baş direktoru Taleh Ziyadov və “Tiza Green Energy”nin prezidenti Norza Zakari arasında imzalanıb.

Layihə, Bakı Limanının 2035-ci ilə qədər sıfır karbon emissiyasına nail olmaq məqsədinə xidmət edəcək və həm iqtisadi, həm də ətraf mühitin mühafizəsi üzrə öhdəliklərini gücləndirəcək. Layihə, günəş enerjisi və BESS texnologiyalarının inteqrasiyası ilə enerji səmərəliliyini artırmağı və CO2 emissiyalarını azaltmağı hədəfləyir. Bu, həmçinin ölkə ərazisində ilk dəfə tətbiq edilən günəş enerjisi ilə inteqrasiya olunmuş BESS layihəsi olacaq.
 

Zemfira Ms
Fins.az

 

Избранный
27
fins.az

1Источники