RU

Aİ Rusiyaya qarşı sanksiyaları yenidən nəzərdən keçirəcək

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları yenidən nəzərdən keçirməlidir, çünki bu sanksiyalar enerji qiymətlərinin artmasına səbəb olur və Avropanın rəqabət qabiliyyətini zəiflədir.  Bu barədə Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiostansiyasına müsahibəsində bildirib.

O qeyd edib ki, Aİ liderləri noyabrın 8-də Budapeştdə keçirilən qeyri-rəsmi sammitdə Avropanın rəqabətqabiliyyətliliyinə dair bəyannamə qəbul ediblər. Sənəd neft, qaz və elektrik enerjisinin qiymətlərinin aşağı salınmasına yönəlib.
 
"Enerji qiymətləri bütün mümkün yolla aşağı salınmalıdır. Bu o deməkdir ki, Rusiyaya qarşı sanksiyalar əsaslı şəkildə nəzərdən keçirilməlidir, çünki mövcud sanksiyalar siyasəti ilə enerji qiymətləri aşağı düşməyəcək", - baş nazir bildirib.

Macarıstan hökuməti davamlı olaraq Aİ-nin Ukrayna münaqişəsinə görə Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara qarşı çıxır və məhdudiyyətlərin Avropanın özünün iqtisadiyyatına daha çox zərər vurduğunu vurğulayır.
 
Aytac

www.anews.az
Избранный
8
1
anews.az

2Источники