RU

80 milyon il əvvəl yaşamış quşun qalıqları tapıldı - FOTO

Yeni kəşf edilən quş qalıqları quşların necə təkamül etdiyi haqqında bildiyimiz hər şeyi dəyişə bilər.

Bakupost.az BBC-yə istinadən xəbər verir ki, Kembric Universiteti və Los Anceles Təbiət Tarixi Muzeyinin əməkdaşları Braziliyada aşkar edilən quş qalıqlarını araşdırıblar. Onların dinozavrların yaşadığı Mezozoy dövrünə aid olduğu müəyyən edilib. Elm adamları qalıqlar əsasında quşun beyin quruluşunu rəqəmsal şəkildə yenidən dizayn etməyi bacarıb və bugünkü quş beyninin təkamül tarixini araşdırıblar.

Navaornis adlı quş təxminən 80 milyon il əvvəl indiki Braziliyanın sərhədləri daxilində yaşayıb. Məlumdur ki, bütün uça bilməyən dinozavrlar bu dövrdən dərhal sonra yer üzündən yoxa çıxıblar. Quşların beyninin təkamül yolu ilə necə inkişaf etdiyinə dair məlumat 70 milyon illik bir boşluğu ehtiva edir. 150 milyon il əvvəl yaşamış və ilk quş növü olduğu düşünülən Arxeopteriks ilə günümüzün quşları arasındakı əlaqələr hələ də sirr olaraq qalır.



Navaornisin beyninin Arxeopteriksdən daha böyük olduğu müəyyən edilib. Buna görə də onun idrak qabiliyyətinin daha yüksək olduğu təxmin edilir. Amma indiki quşlarla müqayisədə onun beyninin bir çox hissələri daha az inkişaf etmiş görünür. Yəni Navaornisin uçmasını təmin edən mexanizmlər indiki quşlardan daha zəif idi. Dr. Navalon deyir: "İtkin parçanın zəncirə mükəmməl uyğunlaşdığı nümunələrdən birini araşdırdıq. Ona görə də onu ilk görəndə heyrətləndim".

Lalə, BakuPost
Избранный
20
bakupost.az

1Источники