RU

Nə qədər buradayam, Ukrayna NATO üzvü olmayacaq - Fitso

Bu vəzifədə olduğum müddətdə Ukraynanın NATO-ya qəbul edilməsinə qarşı çıxacam.

Teleqraf.com xəbər verir ki, bunu Slovakiya Baş naziri Robert Fitso deyib.

“Ukrayna müəyyən edilmiş qaydalara uyğun vicdanlı və ədalətli sülhə layiqdir. Ukrayna Avropa Birliyinin (AB) bir hissəsi ola bilər, amma NATO üzvü ola bilməz”, - ölkə lideri vurğulayıb.

Fitsonun fikrincə, Ukraynanın NATO-ya üzvlüyü Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
27
teleqraf.com

1Источники