RU

Leysan yağacaq, rayonlarda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Noyabrın 17-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yağışın yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var.

Noyabrın 16-sı axşam şimal və qərb rayonlarından başlayaraq 17-si axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikası, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi-Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astarada leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Избранный
5
49
yeniazerbaycan.com

10Источники