Müğənni Nəfəsin oğluna həkimlər diaqnoz qoyublar.
Musavat.com bildirir ki, sənətçi bu barədə "Rəngarəng" verilişində danışıb.
"Osteoporoz", yəni "Sümük Əriməsi" diaqnozu qoyulan övladının xəbərini yenicə eşidən müğənni özünə gələ bilmir. Efirdə ağlayan Nəfəs sevənlərini üzüb.
Bildirək edək ki, "Osteoporoz" zamanı sümük toxuması kütləsi itirilir və sümüklərin daxili strukturu pozulur. nəticədə sümüklər kövrəlir və sınmağa meylli olur. Sümüklər kövrəldikdə hətta kiçik travmalar nəticəsində, bəzən isə travmalar olmadan belə sümüklərdə sınıqlar baş verir.
Osteoporoz üçün xarakterik olan xüsusiyyət sınıqların əsasən fəqərələrdə, bud sümüyünün boynunda və bazuönü sümüklərində baş verməsidir.