RU

“Absheron Treyd” inzibati məsuliyyətə cəlb edilib

Dövlət Gömrük Komitəsi (DGK) “Absheron Treyd” MMC barəsində inzibati protokol tərtib edib.

Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham edilir. 

İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. 

485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Hüseyn

Избранный
22
4
valyuta.az

10Источники