“Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsu Vladimir Putinlə telefon danışıqlardan çəkindirib”. Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Ukrayna liderinin administrasiyasındakı mənbə bildirib. Onun sözlərinə görə, Şolts Putinlə danışmazdan əvvəl Zelenski ilə əlaqə saxlayıb və ona Rusiya prezidenti ilə danışacağını bildirib. Almaniya hökuməti kanslerin Putinlə söhbətindən sonra Ukrayna liderinə zəng etmək niyyətində olduğunu bildirib. “Prezident deyib ki, bu, yalnız təcridini azaltmaqla Putinə kömək edəcək. Putin əsl sülh istəmir, fasilə istəyir. Söhbət Putinə mənzərəni dəyişməyə və müharibəni davam etdirməyə imkan verəcək. Bu, sülh gətirməyəcək, çünki Putin sadəcə olaraq illərdir söylədiyi yalanları təkrarlayaraq, özünü artıq təcrid olunmuş kimi göstərəcək”, - agentliyin mənbəsi bildirib.