RU

BMT rusiyalı jurnalistlərin öldürülməsinə reaksiya verməməsini izah edib

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) ofisinin nümayəndəsi Renaud de Vilyan Ukrayna tərəfinin rusiyalı jurnalistlərin qətlinə reaksiya verilməməsinin səbəbini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Öldürülmüş rusiyalı jurnalistlərə gəlincə, biz həqiqətən də bu hallarla bağlı məlumat almışıq, lakin problem ondadır ki, bizim bu ərazilərə çıxışımız yoxdur, çünki Rusiya bizə bu bölgələrə girişi təmin etmir”, – OHCHR nümayəndəsi bildirib.

Noyabrın 13-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova UNESCO Katibliyini Ukrayna hökumətinin rusiyalı jurnalistlərə qarşı cinayətləri barədə Rusiya tərəfindən ötürülən məlumatlara qəsdən məhəl qoymamaqda ittiham edib.

Bundan əvvəl Rusiyanın Cenevrədəki BMT-dəki daimi nümayəndəsi Gennadi Qatilov vurğulamışdı ki, 2014-cü ildən Ukrayna tərəfinin hərəkətləri nəticəsində bir neçə tanınmış jurnalist yoxa çıxıb, o cümlədən Olqa Moroz, Oles Buzina, Pavel Şeremet, İqor Kornelyuk, Anton Voloşin, Anatoli Klyan.

Избранный
12
nocomment.az

1Источники