Fransa futbolunun maliyyə tənzimləyicisi (DNCG) "Lion"a qarşı qərarını açıqlayıb.
QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, klub maya qədər futbolçularına olan borclarını ödəməsə, aşağı liqaya göndəriləcək.
Həmçinin maliyyə problemləri səbəbindən Fransa təmsilçisinə qarşı transfer qadağası da tətbiq olunub.
Qeyd edək ki, UEFA Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Lion” 11 turdan sonra 18 xalla beşinci pillədə qərarlaşıb.