Bu gün UEFA Millətlər Liqasında V turun növbəti oyunları keçirildi.
"Operativ Media" xəbər verir ki, turun ən böyükhesablı matçı A Liqasında qeydə alındı. Portuqaliya rəqibi Polşanı 45 dəqiqədə darmadağın etdi. C Liqasında Bolqarıstan Lüksemburqu məğlub etməklə “ikinciliy”ə yiyələndi. D Liqasının yeganə görüşü isə qollu bərabərliklə yekunlaşdı.
UEFA Millətlər Liqası
V tur
15 noyabr
C Liqası
2-ci qrup
Kipr – Litva 2:1
Qollar: G.Kastanos, 18, M.Tzionis, 63 – Q.Gineytis, 47
Rumıniya – Kosovo 0:0
Xal durumu: Rumıniya – 13, Kosovo – 10, Kipr – 6, Litva – 0
A Liqası
4-cü qrup
Danimarka – İspaniya 1:2
Qollar: Q.İsaksen, 84 – M.Oyarzabal, 15, A.Perez, 58
İsveçrə – Serbiya 1:1
Qollar: Z.Amduni, 78 – A.Terziç, 88
Xal durumu: İspaniya – 10, Danimarka – 7, Serbiya – 4, İsveçrə – 1
1-ci qrup
Portuqaliya – Polşa 5:1
Qollar: R.Leao, 59, K.Ronaldo, 72 (pen.), 87, B.Fernandeş, 80, P.Neto, 83 – D.Marçzuk, 89
Şotlandiya – Xorvatiya 1:0
Qollar: C.Makgin, 86
Xal durumu: Portuqaliya – 13, Xorvatiya – 7, Polşa – 4, Şotlandiya – 4
C Liqası
3-cü qrup
Lüksemburq – Bolqarıstan 0:1
Qol: A.Kraev, 23
Şimali İrlandiya – Belarus 2:0
Qollar: D.Ballard, 50, D.Çarlez, 62
Xal durumu: Şimali İrlandiya – 10, Bolqarıstan – 8, Belarus- 6, Lüksemburq – 2
D Liqası
1-ci qrup
San Marino – Cəbəllütariq 1:1
Qollar: N.Nanni, 90+1 (pen.) – L.Valker, 11
Xal durumu: Cəbəllütariq – 6, San Marino – 4, Lixtenşteyn – 2.