RU

Livanda İtaliya hərbi kontingentinin yerləşdiyi baza qumbaraatanla vuruldu

BMT-nin Livandakı sülhməramlı missiyasının (UNIFIL) İtaliya hərbi kontingentinin yerləşdiyi Şama şəhərindəki bazası qumbaraatanla vurulub.

Publika.az xəbər verir ki, qumbaraatan mərmisinin bazadakı idman zalına düşdüyü və partlamadığı bildirilib.

İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani israilli həmkarından baş verənlərlə bağlı açıqlama tələb edib. Antonio Tayani İsrail tərəfinin hadisənin dərhal araşdırılacağına zəmanət verdiyini qeyd edib:

“UNIFIL personalına və infrastruktura qarşı hücumlar qəbuledilməzdir. Bu hücumlara qarşı təminat tələb etdim”.

Избранный
1
1
publika.az

2Источники