Milli Məclisdə 2025-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, Yaşayış minimumu, Ehtiyac meyarı haqqında qanun layihələrinin müzakirələrinin başladığı gün məlum olub.
Bakıvaxtı.az-a Əmək və sosial siyasət komitəsindən verilən məlumata görə müzakirələr adıçəkilən komitədə noyabrın 21-də başlayacaq.
Xatırladaq ki, noyabrın 18-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq.