RU

“Əməkdaşlıq problemlərin həllində mühüm rola sahibdir” - Ayaz Müseyibov

“Bu gün Bakıda Beynəlxalq Beyin Mərkəzlərinin Qlobal Forumu keçirilir. Bu forum Azərbaycanda COP29 çərçivəsində keçirilir. Forumun qonaqları böyük beyin mərkəzlərinin nümayəndələridir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi icraçı direktorunun müavini Ayaz Müseyibov deyib.

O bildirib ki, forumun əsas məqsədi qlobal problemlərin birgə müzakirə edilməsi, beyin mərkəzləri arasında əməkdaşlıq məsələlərinə baxılmasıdır: “Qlobal beyin mərkəzlərinin əməkdaşlığı indiki dövrdə problemlərin həllində mühüm rola sahibdir. Çünki beyin mərkəzləri dövlətlərin siyasətlərinin formalaşmasına öz töhfəsini verirlər. Bugünkü forum Azərbaycanın əldə etdiyi nailiyyətlərin təbliğ olunması baxımından da mühüm əhəmiyyətə malikdir.

İqlim problemlərinin həlli təkcə iqlim məsələsi deyil. Eyni zamanda iqtisadiyyat, səhiyyə və sosial məsələlərin müzakirə edilməsi deməkdir. Çünki iqlim məsələlərinə baxılmadan dayanıqlı iqtisadi inkişafın qurulması demək olar ki, qeyri-mümkündür. Bunu da ən yaxşı müzakirə edən platformalardan biri Qlobal Beyin Mərkəzləri Forumudur. Nəticəyə yönəlik planlarımız var və başqa ölkələrdə də eyni tədbirlərin keçirilməsini təşviq edəcəyik”.

Müəllif: Səbinə Hüseynli
Избранный
19
sia.az

1Источники