RU

Dünya Bankı COP29 sədrliyinin rəqəmsal texnologiyaların roluna dair məlumatlılığın artırılmasına yönəlmiş səylərini yüksək qiymətləndirir

Bakı. Trend:

Dünya Bankı COP29 sədrliyinin "Yaşıl Rəqəmsal Fəaliyyət"bəyannaməsini qəbul edərək iqlim dəyişikliyi ilə mübarizədərəqəmsal texnologiyaların roluna dair məlumatlılığın artırılmasınayönəlmiş səylərini yüksək qiymətləndirir.

Trend xəbər verir ki, bunuDünya Bankının rəqəmsal transformasiya üzrə vitse-prezidentiSanq-Bu Kim “Yaşıl Rəqəmsal Fəaliyyət” mövzusunda keçirilən yüksəksəviyyəli dəyirmi masada deyib.

“Dünya Bankı COP29 sədrliyinin iqlim dəyişikliyi ilə mübarizədərəqəmsal texnologiyaların roluna dair məlumatlılığın artırılması və‘Yaşıl Rəqəmsal Fəaliyyət’ bəyannaməsinin qəbul edilməsinə yönəlmişsəylərini yüksək qiymətləndirir. Dünya Bankı bu bəyannamənidəstəkləyir.

İqlim dəyişikliyi ilə mübarizə sahəsində inkişaf etməkdə olanölkələrdə layihələrə ən böyük çoxtərəfli investor olaraq, DünyaBankı dayanıqlı və inklüziv rəqəmsal transformasiyaya dəstəkgöstərməyə sadiqdir”, - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
29
1
az.trend.az

2Источники