Komediyaçı Konan O'Brayen 97-ci Oskar mükafatları mərasiminin aparıcısı seçilib.
Kulis.az xəbər verir ki, bu barədə Kino Sənəti və Elmləri Akademiyası məlumat yayıb.
Akademiyanın baş direktoru Bill Kramer və prezident Canet Yanqın birgə bəyanatında yazılıb:
“Müqayisəolunmaz Konan O’Brayenin builki Oskar mükafatlandırma mərasimində asparıcılıq etməsi bizi həyəcanlandırır və qürurlandırır”