RU

Azərbaycan üçüncü dövr “Ətraf mühit üzrə fəaliyyətin icmalı” hesabatını təqdim etdi

COP29 çərçivəsində gündəliyə sallnmış BMT-nin Avropa İqtisadi Komissiyası tərərfindən hazırlanan Azərbaycanın “Ətraf mühit üzrə fəaliyyətin icmalı” (EPR) hesabatının təqdimatı keçirilib.

Publika.az xəbər verir ki,tədbirdə BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi, BMT-nin Azərbaycandakı resident nümayəndəsi, ekologiya və təbii sərəvətlər nazirinin müavini, beynəlxalq təşkilatların və müvafiq qurumların nümayəndələri iştirak edib.

Tədbirdə yeni hazırlanmış üçüncü dövr hesabatın nəticələri açıqlanıb, ikinci dövr hesabatın hazırlandığı dövrdən etibarən əldə edilən irəliləyişlər müzakirə edilib, yeni tövsiyələrin icrasına maraqlı tərəflərin cəlb olunması üzrə dialoq aparılıb.

“Ətraf mühit üzrə fəaliyyətin icmalı” hesabatının məqsədi Azərbaycanın ekoloji və iqtisadi hədəflərini uzlaşdırmaq, bu sahədə milli siyasətin formalaşdırılmasına dəstək olmaq və ölkənin beynəlxalq ekoloji öhdəliklərinin icrasını qiymətləndirməkdir.

Sənəd ətraf mühitin idarə olunması, təbii sərvətlərin səmərəli istifadəsi, ekoloji məsələlərin digər sektorlara inteqrasiyası, həmçinin ümumi ekoloji fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 78 tövsiyəni əhatə edir.

Избранный
29
8
publika.az

9Источники