Gürcüstanda seçki gərginliyi bitmək bilmir. Belə ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) müxalifətçi üzvü David Kirtadze komissiyanın sədri Giorgi Kalandarişvilinin üzərinə qara boya töküb. Gürcüstan mediasının yazdığına görə, hadisə etiraz aksiyası fonunda baş verib.
Müxalifətçilər seçkilərin yekun protokoluna baxılan Gürcüstan Mərkəzi Seçki Komissiyasının binası yaxınlığında toplaşıblar. Mərkəzi Seçki Komissiyasının iclası dayandırılıb.
Mətləb