RU

COP29 çərçivəsində "Təminatın hazırlanması: iqlim dəyişikliyinin real təsirini anlamaq" sessiyası başlayıb

Bakı, TurkicWorld

Bakıda COP29 çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisi və Parlamentlərarası İttifaq (IPU) tərəfindən birgə təşkil olunan Parlament görüşünün tərkib hissəsi kimi "Təminatın hazırlanması: iqlim dəyişikliyinin real təsirini anlamaq" sessiyası başlayıb.

TurkicWorld xəbər verir ki, tədbirdə Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edir.

Bu sessiyada iqlim dəyişikliyi ilə mübarizənin ön cəbhəsində olan insanlar – gənclər, yerli xalqların nümayəndələri və iqlim dəyişikliklərinə ən həssas icmaların üzvləri çıxış edəcəklər.

Onlar öz təcrübələrini bölüşəcək və qarşılaşdıqları reallıqlar haqqında danışacaqlar ki, iqlim böhranının həlli üçün kollektiv səylərə ilham versinlər.

Müzakirələr zamanı bəşəriyyətin qarşısında duran aktual iqlim prioritetləri müəyyən ediləcək və Parlament Görüşünün keçirilməsi üçün zəmin hazırlanacaq.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Xəbər yenilənəcək

Избранный
17
31
turkic.world

10Источники