Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şey etməliyik.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyinə də toxunub.
"Tramp deyib ki, o, Ukraynaya dəstək verilməsinə tərəfdardır və müharibəni bitirmək istəyir", - Zelenski bildirib.