RU

“İqlim dəyişikliyi qida sistemimizə də təsir edir”- Efiopiyalı nazir - VİDEO

"Azərbaycan hökumətini COP29-u uğurla təşkil etdikləri üçün təbrik etmək istəyirəm. Digər COP-lar kimi, bu tədbir də qarışıq hisslər yaradır. Bəzən danışıqlar gözlənildiyi kimi getmədiyi üçün məyusluq yaranır, amma müəyyən sahələrdə uğurlar əldə olunur".

Bunu Efiopiyanın Planlaşdırma və İnkişaf Naziri Fistum Asaffa Bizim.Media-ya bildirib. O, COP29 konfransı ilə bağlı təəssüratlarını bölüşüb.

"COP29-un ən mühüm məqamlarından biri Paris Razılaşmasının 6-cı Maddəsi ilə bağlı müzakirələrdir. İqlim dəyişikliyinə qarşı çox həssas olan və inkişaf etməkdə olan ölkə kimi, karbon bazarından faydalanmaq istəyirik. Efiopiya demək olar ki, sıfır xalis emissiyalı ölkədir və biz davamlı iqlim tədbirləri ilə bu bazarda iştirak etmək niyyətindəyik. COP29-da 6-cı Maddə ilə bağlı danışıqların uğurlu keçdiyini düşünürəm".

Nazir konfransdan gözləntilərini dilə gətirib:

"Mənim gözləntilərim daha ədalətli karbon bazarı üçün yaxşı çərçivənin yaradılmasıdır. İkinci əsas məsələ iqlim maliyyəsinin daha dəqiq müəyyənləşdirilməsidir. Hazırda iqlim maliyyəsi anlayışı getdikcə daha qeyri-müəyyən olur. İnkişaf etmiş ölkələr iqlim maliyyəsinə digər əməkdaşlıqlarını da daxil etməyə çalışırlar, amma biz iqlimlə birbaşa bağlı olan maliyyələşmənin dəqiq və təmiz şəkildə müəyyən edilməsini istəyirik".

Nazir həmçinin Efiopiyanın müxtəlif iqlim problemləri ilə üzləşdiyini qeyd edib:

"Son beş yağış mövsümündə ölkəmizin cənub və şərq bölgələrində ağır quraqlıqlar baş verib. Bu, milyonlarla insanı təsirləndirib və ciddi fəlakətlərə səbəb olub. Ölkənin digər bölgələrində isə sel fəlakətləri müşahidə olunur. Son zamanlar torpaq sürüşmələri də ciddi problemlərdən birinə çevrilib, yüzlərlə insan həlak olub. Eyni zamanda, iqlim dəyişikliyi qida sistemimizə də təsir edir. Kənd təsərrüfatımız əsasən yağışlardan asılıdır və bu, qida təhlükəsizliyimizi təhdid altına alır".

Efiopiya naziri Fistum Asaffa iqlim dəyişikliyi ilə necə mübarizə apardıqlarından da söz açıb:

"Biz yeddi il ərzində 40 milyard ağac əkmişik. Bu, dünyanın ən böyük meşəlik yaratma proqramıdır və 2026-cı ilə qədər 50 milyard ağac əkməyi hədəfləyirik. Bundan başqa, elektrik enerjimizin 100%-i hidroenerjidən gəlir, bu da yaşıl və bərpa olunan enerji mənbəyidir. Hətta yanacaqla işləyən avtomobilləri qadağan etmişik və yalnız elektrik avtomobillərindən istifadə edirik".






Nuray, Bizim.Media

Избранный
30
45
bizim.media

10Источники