RU

Peruda üç ölkənin liderləri bəyanat imzaladı

Peruda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Sammiti çərçivəsində ABŞ Prezidenti Co Bayden, Yaponiyanın Baş naziri Şiqeru İşiba və Cənubi Koreya Prezidenti Yun Suk Yeol üçtərəfli görüş keçirib.

"Cebheinfo.az" xəbər verir ki, görüşdən sonra dərc edilən birgə bəyanatda ölkələr arasında əməkdaşlığın artdığına diqqət çəkilərək, “Bu gün ümumi öhdəliklərimizin əlaqələndirilməsi və həyata keçirilməsinə cavabdeh olan üçtərəfli katibliyin yaradıldığını elan edirik. Bu yeni katiblik Hind - Sakit okeanı inkişaf edən, əlaqəli, dayanıqlı, sabit və təhlükəsiz bölgəyə çevirmək üçün birlikdə gördüyümüz işin hədəflərimizə və fəaliyyətlərimizə daha uyğun olmasını təmin etməyə çalışacaq." ifadələri istifadə edilib.

Bəyanatda üç ölkənin siyasi məsləhətləşmələr, məlumat mübadiləsi, birgə təlimlər, müdafiə mübadiləsi proqramları və nazirlər səviyyəsində görüşlər vasitəsilə qarşılıqlı əməkdaşlığı təşviq etdiyi vurğulanıb.

Избранный
28
cebheinfo.az

1Источники