ABŞ-nin Nyu-Cersi ştatında oktyabrın 30-da baş verən meşə yanğınında 52 dekar ərazi yanaraq külə dönüb.
Polisin verdiyi açıqlamada yanğının nəzarət altına alınmasının günlər sürdüyü bildirilib.
İstintaqda bildirilib ki, yanğının baş vermə səbəbi ilə bağlı sübutlar toplandıqdan sonra yanğınla bağlı tapıntılar olub və 14 yaşlı uşaq şübhəli şəxs qismində saxlanılıb.