Bakı. Trend:
Azərbaycanlı futbolçu Nigar Mirzəliyeva “Zenit” qadın futbolkomandası ilə birlikdə Rusiya çempionatının qalibi adınıqazanıb.
Trend xəbər verirki, bu barədə o şəxsi İnstagram hesabında paylaşım edib.
Sankt-Peterburq təmsilçisi son turda əsas rəqibi ÇSKA-nı 1:0hesabı ilə məğlub edərək çempionluğu təmin edib. Komanda bu mövsümərzində keçirdiyi 22 oyunun 20-də qələbə qazanıb, yalnız 2qarşılaşmada heç-heçə edib.
Nigar Mirzəliyeva cari mövsümdə “Zenit”in heyətində 7 oyunaçıxıb və 1 qol vurub. O, ardıcıl ikinci mövsümdür ki, komandanınçempionluq sevincini bölüşür.
Bu uğur Mirzəliyevanın həm şəxsi karyerasında, həm də Azərbaycanfutbolunda əlamətdar hadisə kimi qeyd olunur.