RU

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Bakı. Trend:

Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birinitəşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanınmüstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

Mənəvi əsaslarını və başlanğıcını ötən əsrin 60-cı illərindəngötürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasiuzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqilAzərbaycan müasir inkişaf yoluna qədəm qoydu.

Ötən əsrin axırlarında dünyanın altıda birini əhatə edən Sovetİttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqlarısarsılmışdı. İmperiyanın siyasi "beyin mərkəzi"nin xalqlara,xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasətikəskin xarakter aldı. M.Qorbaçov hakimiyyətinin dəstəyi iləermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız əraziiddialarına başladı. Ermənilərin Topxanada törətdiklərivəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələriBakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərindəistiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularınıreallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi.1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı genişvüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanındasəslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlətqurmaq ideyası milli düşüncəyə hakim kəsildi.

Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirənümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərtqadağalarına baxmayaraq, milli- mənəvi dəyərlərə, Azərbaycanelminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütünsahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycanəsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz ulu öndər HeydərƏliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alanmilli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Dahi şəxsiyyətHeydər Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji vəiqtisadi baza təxminən 20 il sonra Sovet İttifaqı dağılmağabaşlayanda xalqın dayağı oldu.

1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycanarəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirəbilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarınıdüşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi başverdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişinimütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağırməqamlarda yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunuölməyə qoymadı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının AliSovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ümummilli liderHeydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyadamuxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirəolundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağındövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü.Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunmasıbarədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbuledilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatətqaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanantarixi yolun başlanğıcı qoyuldu.

Избранный
28
12
az.trend.az

10Источники