ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp energetika naziri postuna “Liberty Energy” neft şirkətinin rəhbəri Kris Raytın namizədliyini irəli sürəcək.
Tramp bu barədə bəyanat yayıb.
“Kris Raytın ABŞ-ın Energetika Naziri və yeni yaradılmış Milli Enerji Şurasının üzvü kimi mənim administrasiyama qoşulacağını bildirməkdən məmnunam”, - bəyanatda deyilir.
Tramp əlavə edib ki, ABŞ-ın yeni Enerji Şurasına daxili işlər naziri vəzifəsinə namizədliyi irəli sürülmüş milyarder Daq Berqum da daxil ediləcək.\APA