RU

Qızılbalıq, skumbriya, treska - Hansı balıq orqanizm üçün daha faydalıdır?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qidalanmanın sağlam olması üçün ət və balıq arasında seçim olmamalıdır. Tam rasion üçün hər ikisi vacibdir".
Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı qastroenteroloq Yekaterina Kaşux danışıb.
Onun sözlərinə görə, həkimlər həftədə ən azı iki dəfə balıq yeməyi məsləhət görürlər.
"Bu, rasionu müxtəlifləşdirməyə və sağlamlığın qorunması üçün lazım olan maddələri əldə etməyə kömək edəcək".
Ekspert balığın yüksək keyfiyyətli zülal mənbəyi olduğunu bildirib.
"Bu qida yaxşı mənimsənilir. Belə yeməkdən sonra qarında ağırlıq hissi yaranmır. Balıq təkcə sümüklərin sağlamlığı və ürəyin normal fəaliyyəti üçün lazım olan kalsiumla zəngin deyil. O, sinir, immun və ürək-damar sistemi üçün vacib olan "omeqa-3" yağ turşuları ilə zəngindir. Beynin işi və sağlam hormon balansının saxlanması da bunlardan asılıdır. Qızılbalıqda, həmçinin "D", "B12" vitaminləri, fosfor, kalsium, sink, dəmir, maqnezium, kalium və yod var. Bütün bu mikronutrientlər sağlamlıq üçün vacibdir", - deyə Kaşux qeyd edir.
O, ən faydalı dəniz məhsullarının rəsmi reytinqinin mövcud olmadığını vurğulayıb.
"Lakin bəzi dəniz məhsulları sağlamlıq üçün xüsusilə dəyərli hesab olunur. Sağlamlıq üçün faydalı balıq siyahısını qızılbalıqsız təsəvvür etmək mümkün deyil. "Omeqa-3" tərkibinə görə onu yalnız treska ciyəri üstələyir, lakin o çox kalorilidir. "Omeqa-3" əvəzolunmazdır, yəni insan orqanizmində bu turşular sintez olunmur. Onları yalnız qida ilə əldə etmək olar. Onlar xolesterin səviyyəsinin normallaşmasına və bu yağabənzər maddənin zərərli fraksiyalarının konsentrasiyasının azalmasına kömək edir. Xolesterin artıqlığı insult və infarkt riskini artırır. Qızılbalıq həmçinin "D" vitamini ilə zəngindir - o, sinir və immun sisteminin işinə təsir edir, sümüklərin və dişlərin möhkəmlənməsi üçün vacibdir", - deyə ekspert qeyd edir.
Faydalı dəniz məhsulları siyahısında liderlik mövqeyini qızılbalıqla bərabər digər yağlı balıq növləri - siyənək, sardina və forel də bölüşə bilər.
"Mağaza rəflərində asanlıqla tapmaq mümkün olan faydalı balığa başqa bir misal skumbriyadır. O da "omeqa-3"lə zəngindir. Bu, zülal və "B12" vitamininin əla mənbəyidir, onun çatışmazlığı anemiya riskini artırır və sinir sisteminin işinə, həmçinin görmə, həzm, saç və dırnaqların vəziyyətinə təsir edir", - deyə mütəxəssis şərh edir.
Həkimin sözlərinə görə, rasiona treska da daxil edilməlidir.
"O, azkalorili və zülalla zəngindir, həmçinin selen və yod kimi vitamin və minerallar var. Treska dəri, saç və dırnaqların sağlamlığını qorumağa kömək edir, həmçinin qalxanabənzər vəzin normal işləməsinə şərait yaradır", - deyə Kaşux bildirir.
Yeri gəlmişkən xatırladaq ki, yağlı balıqlar, xüsusən qızılbalıq, sardina və skumbriya stresin qarında yaratdığı piyi əridən "sehrli" qidalar siyahısındadır.
Kaşux civə tərkibi yüksək olduğu üçün daha az yeyilməli olan balıqlar barədə də danışıb.
"Bu, orqanizmdə toplanan və sinir sisteminə toksik təsir göstərə bilən ağır metaldır. Civə demək olar ki, bütün balıqlarda var, lakin bəzi dəniz məhsullarında, məsələn, tuna, makrel və qılıncbalığında onun miqdarı xüsusilə çoxdur", - deyə mütəxəssis sözlərini yekunlaşdırıb.
Избранный
11
50
oxu.az

10Источники