RU

Si Cinpin Baydenlə görüşdə ABŞ-Çin münasibətlərinin vacibliyini vurğulayıb

Bakı. Trend:

Çin ABŞ ilə sabit və sağlam münasibətlərin inkişafınıntərəfdarıdır.

Trend-in məlumatına görə, bu barədə Çin Xalq Respublikasınınsədri Si Cinpin ABŞ prezidenti Co Baydenlə görüşündə deyib.

"Si Cinpin Çin-ABŞ əlaqələrinin sabit, sağlam və davamlıinkişafına Çinin sadiq olmasının dəyişmədiyini vurğulayıb", - deyəÇin Xarici İşlər Nazirliyi bildirib.

Si Cinpinin sözlərinə görə, Çin və ABŞ iki böyük dövlət arasındaqarşılıqlı əlaqə üçün düzgün yol tapmaqda davam etməlidir. Pekin“Çin-ABŞ münasibətlərinin sabitləşməsi istiqamətində çətinqazanılmış sürəti saxlamaq üçün” dialoqu davam etdirməyə,əməkdaşlığı genişləndirməyə və fikir ayrılıqlarını həll etməyəhazırdır.

Si Cinpin qeyd edib ki, Çin və ABŞ arasında ziddiyyətlər vəfikir ayrılıqları qaçılmazdır, “lakin onlar bir-birinin əsasmaraqlarına xələl gətirməməlidir”.

Избранный
40
1
az.trend.az

2Источники