RU

İngiltərənin məşhur Telegraph qəzeti Makronu topa tutdu: Səbəb nədir?

Makronun neokolonializm siyasəti iqlim dəyişikliyi ilə mübarizəni çətinləşdirir

 

Xəbər verdiyimiz kimi, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Neokolonializm və iqlim dəyişikliyi bu gün beynəlxalq gündəmdə olan mühüm məsələlərdən biridir. COP29 çərçivəsində noyabrın 13-də Bakıda keçirilən İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin Sammiti də bu mövzuya həsr olunub. 

 

Mövzu dünya mediasında geniş işıqlandırılır. Bu dəfə “The Telegraph” nəşri bu əhəmiyyətli tədbir və Fransa prezidenti Emmanuel Makronun uğursuz neokolonializm siyasəti haqqında məqalə dərc edib. Məqalədə COP29 və ölkəmizin bu istiqamətdə mühüm beynəlxalq faktorlardan birinə çevrilməsinə diqqət çəkilir.

 

Sfera.az bildirir ki, noyabrın 13-də Bakıda keçirilən İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin Sammiti məhz neokolonializm və iqlim dəyişikliyinə həsr olunub.

 

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Tədbiri giriş sözü ilə açan sammitin moderatoru, Millətlər Birliyinin baş katibi Patrisiya Skotland sözü Azərbaycan liderinə verib. 

 

“Azərbaycan COP29-a ev sahibliyi edəndən bəri inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə əlaqələrimiz yeni, daha yüksək səviyyəyə yüksəlib”-deyən dövlət başçısı qeyd edib ki, bu dövlətlərin səsi qlobal arenada eşidilməlidir.

 

İlham Əliyev bütün inkişaf etmiş ölkələri, xüsusən də müstəmləkə keçmişi olan ölkələri iqlim dəyişikliyinin təsirindən qoruya bilmələri üçün kiçik ada dövlətlərinə maddi maliyyə və texniki dəstək verməyə çağırıb. Prezident həmçinin qeyd edib ki, iqlim dəyişikliyi hər bir ölkəyə, o cümlədən Azərbaycana da təsir edir.

 

“Gözümüzün qabağında Xəzər ildən-ilə dayazlaşır, çaylarda su, dağlarda qar az olur. Görünməmiş sel və leysan yağışları reallığa çevrildi. Böyük ölkələr üçün bu həll edilməli olan problemdirsə, inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün bu, ekzistensial təhlükədir”.

 

 

İştirakçıların diqqətini bu problemlərə çəkən dövlət başçısı bildirib ki, Azərbaycan kiçik ada dövlətlərinə güclü dəstək nümayiş etdirir.

 

 “Biz qasırğaların, zəlzələlərin və daşqınların nəticələrini azaltmaq üçün təbii fəlakətlərdən zərər çəkmiş bir sıra ölkələrə yardım göstərmişik. Biz həmçinin su təchizatı, ərzaq təhlükəsizliyi və mədəni irsin bərpası sahələrində layihələri dəstəkləmişik. 10-dan çox kiçik ada dövləti Azərbaycanın ali məktəblərində təhsil almaq üçün təhsil təqaüd proqramımızdan yararlanıb”- deyə İlham Əliyeb bildirib.  

 

O, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına dörd illik sədrlik etdiyi dövrdə 80-dən çox ölkə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərdiyimizi bildirib.

 

Bu ölkələrin üzləşdiyi problemlərin həlli də Azərbaycanın COP29-da səylərinin mərkəzindədir. Bu ilin may ayında Baham adaları, Tonqa və Tuvalunun liderləri ÇNL üzrə öz baxışlarını müzakirə etmək üçün Azərbaycana səfər ediblər. Qəbul edilmiş Bakı Kommunikesi COP29-da mənalı nəticələr əldə etməyə çağırdı və əlçatan iqlim maliyyələşdirməsinin vacibliyini vurğulayıb.

 

Azərbaycan Prezidenti sammit iştirakçılarına bildirib ki, Birliyin kiçik ada dövlətlərində həyata keçirilən birgə layihələrin dəstəklənməsinə 10 milyon ABŞ dolları məbləğində töhfə verib. Azərbaycan Kosmik Agentliyinin peyk məlumatlarının ətraf mühitin vəziyyətinin monitorinqi və qiymətləndirilməsi üçün istifadəsi üzrə Birlik ilə anlaşma memorandumu da imzalanıb.

 

 

Fransız Polinezyası və Yeni Kaledoniya 1946-1947-ci illərdən bəri Birləşmiş Millətlər Təşkilatı tərəfindən özünüidarə etməyən ərazilər kimi tanınıb. Lakin onların müstəmləkəsizləşdirilməsi prosesi hələ də ləngiyir. 1966-1996-cı illər arasında Fransız Polineziyası Fransanın keçirdiyi 193 nüvə sınağı səbəbindən ciddi ekoloji problemlə üzləşib.

 

Fransa torpaq və suyun ciddi şəkildə çirklənməsinə və oradakı radiasiyaya görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900%-i ötüb. İşğal illərində Fransanın Əlcəzairdə keçirdiyi 17 nüvə sınağını da əlavə etsək, bu ölkənin planetin ekosisteminə nə qədər ziyan vurduğunu görərik.

 

“Rejim tərəfindən son insan haqları pozuntularını qeyd etməsək, Fransanın xaricdəki ərazilərində törətdiyi cinayətlərin siyahısı tam olmazdı. Makron rejimi Yeni Kaledoniyada yerli Kanakların builki qanuni etirazı zamanı 13 nəfəri öldürmüş, 169 nəfəri yaralamışdı. 1700 nəfər həbs edilib. Martinika və Qvadelupadakı etirazlar zamanı da bu il 38 nəfər həbs edilib”.

 

Aylin 

Избранный
46
sfera.az

1Источники