RU

Avropada ilin avtomobili: Finalçılar

Avropada ilin avtomobili müsabiqəsinin təşkilatçıları finalçıların siyahısını açıqlayıb. Siyahı peşəkar münsiflər heyətinin 42 namizəd arasından seçdiyi yeddi modeldən ibarətdir. Qalib yanvarın 10-da Brüssel Beynəlxalq Avtomobil Sərgisində elan olunacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə auto.ru məlumat yayıb.

Bu il prestijli mükafat uğrunda əsasən yığcam avtomobillər yarışır: "Alfa Romeo Junior", "Citroen C3", "Cupra Terramar", "Dacia Duster", "Hyundai Inster", "Kia EV3", "Renault 5" və "Alpine A290".

Müsabiqənin şərtlərinə görə, ilin sonuna qədər Avropanın ən azı beş ölkəsinin bazarlarına çıxacaq yeni model ilin avtomobili kimi tanına bilər. Namizədləri 23 ölkəni təmsil edən 60 avtojurnalist qiymətləndirir. Növbəti iki ay ərzində onlar yekun rəy formalaşdırmaq üçün yeni məhsulları sınaqdan keçirəcəklər. Finaldan əvvəl bütün yeddi model Belçikadakı sınaq poliqonunda birgə test üçün bir araya gətiriləcək.

Xatırladaq ki, 2024-cü ildə mükafat yığcam "Renault Scenic E-Tech" elektrik krossoverinə verilib.

Milli.Az

Избранный
20
milli.az

1Источники