RU

“Daşkənddə bizə verilən evi Zaur Baxşəliyevə hədiyyə etdik, çünki..”- xalq artistindən ÖZƏL AÇIQLAMA+FOTO

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarına Özbəkistanın paytaxtı Daşkənd şəhərindən ev hədiyyə edildiyi haqda xəbərlər yayılıb. Bu haqda aparıcı Zaur Baxşəliyev “Zaurla günaydın” verilişində deyib. O, əvvəl Gülyanağa, sonra isə Gülyaza şəhərdə ev təqdim edildiyini vurğulayıb.

Medianews.az-a açıqlama verən xalq artisti Gülyanaq Məmmədova yarıciddi, yarızarafat mövzuya münasibət bildirib:
“Bəli, biz də Daşkənddəki evi aparıcı Zaur Baxşəliyevə hədiyyə etdik. Çünki “New Daşkənd” onun xoşuna gəlirdi, ona görə də dedik ki, qoy Daşkənddə o yaşasın (gülür)” deyə bildirib.
Xalq artisti daha sonra ona və bacısına Özbəkistanın paytaxtı Daşkənddə ev hədiyyə edilməsi xəbərini təkzib edib:
“Dünəndən telefonlarım susmur. Bütün tanış-biliş, qohum-əqraba zəng edib təbriklərini bildirirlər. Yalansa da gerçək olsun. Kaş həqiqətən sevinib bu təbrikləri alardım. Bu yalan məlumatdır. Zaur Baxşəliyev efirdə bacım Gülyaz xanımla zarafat edib. Bu zarafatı ciddi xəbər kimi saytlar yazıb. Olsa sevinərəm. Kim istəməz ki? Amma mən yalan məlumatlarla tamaşaçımı aldada bilmərəm. Zaurun xətrini çox istəyirəm, o sadəcə bir şou edib. Bəziləri yazıb ki, bəxtəvər başlarına, bəziləri də sevinib təbrik edib” deyə xalq artisti bildirib.

Gülyanaq Məmmədova bildirib ki, əksər efirlərə getmir. Bunun səbəbi isə…
“Çünki səmimi olursan, nəsə danışırsan onu da götürüb əcaib başlıqlar altında yazırlar. Belə şeyləri qəbul edə bilmirəm. Adam özü-özündən diksinir. Efirə gəlməyə də peşman olursan. Bu kimi halları qəbul etmirəm. Sentyabr ayından bəri 1-2 verilişə getmişəm. Bu mənə xoş gəlmir. Tamaşaçıların sənin haqqında mənfi sözlər düşünməyinə şərait yaradır efirlər. Biz 30 ildir səhnədəyik, yavaş-yavaş hörmət yığırıq, milli-mənəvi dəyərlərimizi təbliğ etməyə çalışmışıq. Niyə bu hörməti itirməliyik? Niyə bəzi saytlar bizləri tamaşaçıların gözündən salmalıdır? Belə çörək qazanmaq olar? Efirdə demişik, efirdə də qalsın da. Biz azərbaycanlıyıq. Mili dəyərlərimizi, danışığımızı, geyimimizi, səviyyəmizi elə gözəl şəkildə təqdim etməliyik ki, hansısa xarici ölkənin vətəndaşı bizə aşağıdan yuxarı baxmasın. Azərbaycanımıza bu gün nə qədər ölkədən xarici qonaqlar gəlir. Yaxud da biz gedirik xaricə. Orada ölkəmizi milli geyimlərimizdə təbliğ edirik, açıq-saçıq geyinmirik ki. Mən bunların məhv olmasını istəmirəm. Məni mən edən, xalqa təqdim edən televiziyalar olub. Mən televiziyanın rəhbərliyinə də, rekdatoruna da, operatoruna da, müxbirinə də çox hörmətlə yanaşan bir insanam. Ekranlardan hər bir evin qonağı olaraq sevilmişik. Amma bugünki gün bir çox verilişlərimizdən də, aparıcılarımızdan da narazıyam” deyə xalq artisti bildirib.
Qeyd edək ki, Gülnayaq Məmmədova eyni zamanda Özbəkistanın xalq artistidir.

Əli Əsgər

Избранный
27
medianews.az

1Источники