Bu futbolçular Azərbaycan millisinin heyətindən çıxarıldı – Rəsmi
Üç futbolçu Azərbaycan millisinin heyətindən çıxarılıb. Yeniavaz.comxəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Cəzalı Elvin Cəfərquliyev, zədəli Rahil Məmmədovla yanaşı yarımmüdafiəçi Mustafa Əhmədzadə də UEFA Millətlər Liqasının VI turunda səfərdə İsveç ilə matçda iştirak etməyəcək. Bildirilir ki, Mustafa Əhmədzadə viza ala bilmədiyi üçün İsveçə aparılmayıb.