RU

"Haber Global": "Trampın qayıdışı iqlim dəyişikliyi ilə mübarizəyə mane olacaqmı?"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir. Maliyyələşdirmə şüarı ilə keçirilən konfransın ən çox maraq doğuran məsələlərindən biri, tədbirdə yüksək səviyyədə iştirak etməyən ABŞ-nin qarşıdakı prosesdəki mövqeyidir.
Oxu.Az xəbər verir ki, bununla bağlı "Haber Global" süjet hazırlayıb.
Qeyd olunur ki, Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi iqlim dəyişikliyi ilə mübarizə məsələsində narahatlıq yaradıb, çünki yanvar ayında yenidən prezidentlik kürsüsünə oturacaq Tramp Paris İqlim Sazişindən çıxa bilər. Belə ki, Tramp ilk prezidentlik dövründə Paris İqlim Sazişindən çıxmışdı. Onun yerinə gələn Co Bayden ABŞ-nin yenidən sazişə qoşulmasını təmin etdi. Lakin Tramp seçki kampaniyası dövründə ölkəsinin bir daha sazişdən çıxacağına söz verib.
"Ən çox bəlkə də maliyyə resursu ayırmaq məcburiyyətində olan ölkə bu məsələyə maliyyə resursu ayırmayacağını söyləyib. Tramp çoxtərəfli sazişlərə inanmadığını söyləyir. Amma ən əhəmiyyətlisi o, iqlim məsələsinə çox şübhə ilə yanaşır", - Bahçeşehir Universitetinin rektoru Esra Hatipoğlu bildirib.
Qeyd olunub ki, ABŞ-nin iqlim dəyişikliyi ilə mübarizə məsələsindəki mövqeyi digər ölkələrə də mənfi təsir göstərə bilər.
Избранный
39
50
oxu.az

10Источники