RU

ŞOK: FRANSA VƏ RƏSMİ LONDON RUSİYAYA RAKET ZƏRBƏSİ ENDİRMƏYƏ RAZI OLDU

Nəhayət, gözlənildiyi kimi, Fransa və Böyük Britaniya Ukraynaya uzaq mənzilli silahlarla Rusiya ərazisinə zərbələr endirməyə icazə verdi...

Tezadlar.az CNN-ə istinadla bildirir  ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, rəsmi Kiyev bu məqsədlər üçün "SCALP/Storm Shadow" raketlərindən istifadə edə biləcək. Daha əvvəl “The New York Times” mənbələrə istinadən ABŞ Prezidenti Cozef Baydenin Birləşmiş Ştatların uzaqmənzilli silahları ilə Rusiya Federasiyasının ərazisinə zərbələr endirməyə icazə verməsi barədə məlumat yayıb. Qeyd edilir ki, bu qərar Vaşinqtonda hakimiyyətin dəyişməsindən cəmi iki ay əvvəl qəbul edilib və ABŞ siyasətində ciddi dəyişiklik etməli olub.

Beləliklə, Ukrayna-Rusiya cəbhəsində vəziyyət ciddi mərhələyə daxil olur. Ukrayna yersiz müharibədən doyub, Rusiya isə başladıöı əsassız və ədalətsiz müharibədə ciddi şəkildə zəifləyib...

A.Məmmədli

Избранный
2
8
tezadlar.az

6Источники