RU

​ABŞ, Fransa və Britaniya Ukraynaya buna icazə verdi

Fransa və Böyük Britaniya Ukraynaya uzaqmənzilli silahlarla Rusiya ərazisinə zərbələr endirməyə icazə verib.Metbuat.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb. Məlumata görə, Ukrayna bu məqsədlə "SCALP/Storm Shadow" raketlərindən istifadə edə biləcək.

Eyni zamanda, "The New York Times"ın məlumatına əsasən, ABŞ Prezidenti Cozef Bayden də Birləşmiş Ştatların uzaqmənzilli silahlarının Rusiya ərazisinə qarşı istifadə edilməsinə icazə verib. Bu qərarın Vaşinqtonda hakimiyyət dəyişikliyindən cəmi iki ay əvvəl qəbul edildiyi və ABŞ-ın siyasətində mühüm bir dönüş nöqtəsi olduğu bildirilib.

Избранный
19
1
metbuat.az

2Источники