RU

Deputat: "Bayden bunun qarşısını almaq üçün Rusiyaya uzaqmənzilli raket atılması barədə qərar verib"

“ABŞ Ukraynanın Rusiyaya uzaqmənzilli raket atmasına icazə verib. “Royters” də bu barədə məlumat yaydı. Ukraynaya yaxın bloqerlərin, mətbuat orqanlarının çıxışlarında da bu məlumat özünü göstərib. Bayden hakimiyyətdən gedir. İki ay vaxt qalıb. Son akkordları vurmaq qənaətinə gəldiyini ortaya qoyur. Bildiyiniz kimi, Donald Trampın hakimiyyətə gəlməsi ilə vəziyyətin necə olacağı hələlik qeyri-müəyyəndir. Rusiya da son dövrlər fürsətdən istifadə edib, Ukraynaya kütləvi hava hücumları həyata keçirir. Eyni zamanda Şimali Koreya qoşunlarının da Kursk istiqamətində olduğu, Ukraynaya qədər döyüşdüyü barədə ciddi məlumatlar var. Hesab edirəm, Bayden bunun qarşısını almaq üçün uzaqmənzilli raket barədə qərar verib”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib. 

 

Deputat bildirib ki, uzaqmənzilli raket, təxminən, 360 kilometr məsafəni vurur: “Ukrayna tərəfdən təkidlər var idi. Son anda Bayden bu razılığı verdi. Böyük Britaniyanın da adı çəkilir. Britaniyadakı raketlər daha uzaq məsafəni vurur. Buna görə də, düşünürəm, bu, müharibənin növbəti mərhələsidir. Bütövlükdə isə Qərb liderlərinin qərarsız, qeyri-ciddi davranışlarının nəticəsidir ki, uzun müddət Ukraynaya bu imkanlar tanınmadı. Hər halda bizə gözləmək qalır. Bütün hallarda hesab edirəm ki, Trampın hakimiyyətə gəlməsi ilə hər iki tərəf - həm Ukrayna, həm də Rusiya vəziyyəti öz xeyrinə dəyişmək niyyətindədir”. 

 

Aytəkin Qardaşova 

Tarix: 18 Noyabr 2024, 10:59   
Избранный
16
pravda.az

1Источники