RU

Ukraynanın Rusiyaya zərbələri yalnız Kursk bölgəsi ilə məhdudlaşmayacaq

Vaşinqtonun Rusiya ərazisinə uzaqmənzilli ATACMS raketləri ilə zərbə endirmək icazəsindən sonra Ukrayna yalnız Kursk bölgəsində zərbələrlə məhdudlaşa bilməz...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti mənbələrə istinadən məlumat yayıb.

Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi verildikdən sonra Ukraynanın ilkin səyləri genişləndirilə bilsə də, Kursk vilayətində və ətrafında cəmlənəcək”, deyə mənbə nəşrə bildirib.

Bundan əvvəl Amerikanın “Axios” portalı mənbələrə istinadən yazıb ki, ABŞ Ukraynaya yalnız Kursk vilayətində uzaqmənzilli ATACMS raketləri ilə zərbə endirməyə icazə verib.

Qeyd edək ki, ABŞ-dən sonra Britaniya və Fransa da özlərinin uzaqmənzilli raketləri ilə Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verib.

Poliqon.info

Избранный
10
44
poliqon.info

10Источники