RU

Gələn il üçün ehtiyac meyarı və yaşayış minimumunun həddi müəyyənləşdirildi

Azərbaycanda 2025-ci ildə ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat götürüləcək.

Bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

2025-ci il 1 yanvar tarixindən ehtiyac meyarının həddi 270,0 manatdan 285,0 manata yüksəldiləcək. Yaşayış minimumunun da artıq ehtiyac meyarına bərabər götürüldüyü nəzərə alınsa, yaşayış minimumu və ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılır.

Избранный
3
19
buta.media

10Источники